ŞİKA müstəqillik referendumunun hazırlıqlarını başa çatdırmaq üzrədir

Hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri sentyabrın 23-də səs verə biləcək

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Sentyabr 2017, 11:28

Şimali İraq Kürd Administrasiyasının Müstəqil Ali seçim və referendum komissiyası regional rəhbrəliyin referndumunun hazırlıqlarını 95% tamamlayıb.

İnterAz xəbər verir ki, bu barədə komissiyanın üzvlərindən Halan Hermes Kurkis “Sputnik”ə açıqlamasında deyib. Onun sözlərinə görə, seçki sandıqları, səsvermə kağızları , seçki mərkəzləri hazırlanıb. Hazırda isə seçicilərin siyahısı qeydə alınır.

Referndum sentyabrın 25-də keçiriləcək, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri sentyabrın 23-də səs verə biləcək.

ŞİKA və kürdlərin yaşadığı qonşu ərazilər üçün 2000 seçki mərkəzi hazırlanıb və bildirilib ki, referendumda istifadə ediləcək bütün ləvazimatlar beynəlxaq standartlara uyğundur.

Refendumda mümkün qədər çox insanın iştirak etməsi üçün müxtəlif işlər həyata keçirilir.