İraq ordusu Suriya ilə sərhəd məntəqədə İŞİD-ə qarşı əməliyyatlara hazırlaşır

Hərbi əməliyyatlarda İraq ordusuna Haşdi Şabi döyüşçülərinin də qoşulacağı gözlənilir.

Baku, Oktay Quliyev, İnteraz - 14 Sentyabr 2017, 10:55

İŞİD terrorçularının nəzarətində olan iki hərbi bazanın azad edilməsi üçün İraq ordu qüvvələri əməliyyatlara hazırlaşır.

İnterAz “Al-Alam”-ə istinadən xəbər verir ki, əsasən İraqın quru qoşunlarından ibarət ordu qüvvələri Suriya ilə sərhəddə yerləşən Kuver qəsəbəsində iki hərbi bazanı İŞİD terrorçularından azad etmək üçün əməliyyatlara hazırlaşır.

Hərbi əməliyyatlarda İraq ordusuna Haşdi Şabi döyüşçülərinin də qoşulacağı gözlənilir.