Sinqapurda ilk dəfə hicablı müsəlman xanım prezident seçilib

10 ildən çox Sinqapurun parlament nümayəndəsi kimi çalışan Həlimə Yəqub Sinqapurun prezidenti seçilib.

Baku, Oktay Quliyev, İnteraz - 13 Sentyabr 2017, 16:37

Sinqapurun tarixində ilk dəfə olaraq "malay" əsilli müsəlman hicablı xanım Həlimə Yəqub ölkənin prezidenti seçilib.

İnterAz-ın "İQNA"-ya istinadən verdiyi xəbərə görə, Sinqapurun tarixində ilk dəfə olaraq "malay" əsilli müsəlman hicablı xanım Həlimə Yəqub bu ölkənin prezidenti seçilib.

Həlimə Yəqub hakim patiyanın tək namizədi idi və bu gün O, rəsmi olaraq prezidentlik fəaliyyətinə başlayır.

Həlimə Yaqub ildən çox müddətdə Sinqapurun parlament nümayəndəsi və bir neçə il parlament rəisi işləyib.