Jan-Klod Yunker: Bolqarıstan və Ruminya dərhal şengen zonasına qoşulmalıdırlar

Bütün şərtləri yerinə yetirdikdən sonra Xorvatiyanın tam bir Şengen üzvü olmasına icazə verməliyik

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 16:25

Bolqarıstan və Ruminya dərhal şengen zonasına qoşulmalıdırlar.

İnterAz xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker Fransanın Strasburq şəhərində "İttifaqın vəziyyəti" iclasındakı çıxışı zamanı deyib.

“Biz xarici sərhədlərimizi möhkəmləndirmək istəyiriksə, tezliklə Bolqarıstan ilə Ruminya üçün hərəkət sərbəstliyini təmin etməliyik. Biz bütün şərtləri yerinə yetirdikdən sonra Xorvatiyanın tam bir Şengen üzvü olmasına icazə verməliyik”,- deyə bildirib.