Tehranda İŞİD terror təşkilatının planlaşdırdığı silsilə terror aktlarının qarşısı alınıb

İran İnqilab Keşikçiləri Qvardiyası Şahriyar şəhərində əməliyyat keçirib.

Baku, Oktay Quliyev, İnteraz - 13 Sentyabr 2017, 16:06

İranın paytaxtı Tehranda İŞİD terror təşkilatının planlaşdırdığı  silsilə terror aktlarının qarşısı alınıb.

İnterAz "SalamNews"a istinadən xəbər verir ki, “lenta.ru”-nun yaydığı məlumata görə, İran İnqilab Keşikçiləri Qvardiyası Şahriyar şəhərində əməliyyat keçirib. Tağım komandiri, polkovnik Amin Yaaminin verdiyi məlumata görə, əməliyyat nəticəsində terror aktını törətməyi planlaşdıran şəxs tutulub.

Yaamini, terrorçuların gələn həftə silsilə terror aktları  törətmək niyyətində olduqlarını deyib.