Kabulda kriket oyunu zamanı partlayış olub

Partlayışdan sonra oyun dərhal dayandırılıb

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 15:59

Əfqanıstanın paytaxtı Kabuldakı kriket stadionunda yarış zamanı partlayış baş verib.

İnterAz “Tolonews”a istinadən xəbər verir ki, partlayış stadionun qapılarından birində baş verib. Əfqanıstan kriket qrumu partlayışı təsdiq edib. Bütün idmançıların təhlükəsizlikdə olduğu ifadə edilib.

Partlayışdan sonra oyun dərhal dayandırılıb.