Suriya ordusu Deyr əz-Zorun əsas girişində İŞİD-in müdafiəsini qırıb

Elit ordu qüvvələri bir neçə gündür əl-Suxna-Deyr əz-Zor yolundakı şəhər girişində İŞİD-in mövqelərini dağıdıb

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 13:45

Suriya ordusu hələ də qismən mühasirə altında olan cənub-qərbdən Deyr əz-Zor şəhərinə girib.

İnterAz “Sputnik”ə istinadən xəbər verir ki, şəhərin girişində ordunun iki fərqli qolundakı əsgərlər bir araya gəlib.


Elit ordu qüvvələri bir neçə gündür əl-Suxna-Deyr əz-Zor yolundakı şəhər girişində İŞİD-in mövqelərini dağıdıb. Deyr əz-Zora doğru irəliləyən ordu birlikləri əl-Tim və əl-Şula neft yataqlarını azad edib.

“Sputnik” hərbi hava limanı istiqamətindən gələn hərbi birliklərin cənub-qərbdən gələn birliklərlə görüşməsini lentə alıb.

Bu giriş qısa bir müddət üçün şəhərə dərman və qida yardımı daşıyan konvoyların girməsi üçün istifadə ediləcək.