İsrail Times: İran qapımıza çatıb

"Əgər vəziyyət belə davam edərsə, İsrail İranın dəstəklədiyi qüvvələrlə savaşa başlayacaq.”

Baku, Oktay Quliyev, İnteraz - 13 Sentyabr 2017, 11:07

“İsrail Times” qəzeti növbəti dəfə İranın yaxın şərqdəki nüfuzunun artmasından yazıb.

İnterAz xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail qəzeti yaxın şərqdə baş verən hadisələrdə İranın qələbə qazandığını bildirərək bütün müqavimət qüvvələrinin İrandan maaliyələşdiyini yazıb. “İran qapımıza qədər gəlib çatıb. Yaxın Şərqdə vəziyyət çox dolaşıqdır. Bu, İsrail üçün olduqca həssas bir məsələdir. Əgər vəziyyət belə davam edərsə, İsrail İranın dəstəklədiyi qüvvələrlə savaşa başlayacaq.”

 

 

Qəzetdə bir neçə İsrail rəsmilərinin müsahibəsi yer alıb. Onların fikrincə, İran Suriya, İraq və Livanda kifayət qədər nüfuz qazanıb. Onlar bütün müqavimət qüvvələrinə dəstək verməkdədir. Livanın İsraillə sərhədi boyunca Hizbullah döyüşçülərinin və İranın dəstəklədiyi qrupların nəzarət etdiyini və bunun İsrail üçün böyük təhlükə olduğunu bildirən rəsmilər İsraili ciddi addımlar atmağa məcbur olacağını deyiblər.