Əfqanıstanda Amerika əleyhinə kütləvi etirazlar başlayıb

Bir neçə gün bundan əvvəl Amerika əsgərləri it təsviri çəkilən şəkil üzərində “La ilahə illallah, Muhəmmədən Rəsulullah” yazılan vərəqləri təyyarə vasitəsi ilə Əfqanıstanın bir çox şəhərlərinə atıblar.

Baku, Oktay Quliyev, İnteraz - 12 Sentyabr 2017, 13:55

Əfqanıstanın paytaxtı Kabulda Amerika əleyhinə etirazlar keçirilir.

İnterAz “Al-Alam”ə istinadən xəbər verir ki, Amerikalı əsgərlərin islam müqəddəslərini təhqir etməsi Əfqanıstanlıların hiddətlənməsinə səbəb olub. Kabul və bir neçə şəhərlərdə kütləvi etirazlar başlayıb.

Bildirək ki, bir neçə gün bundan əvvəl Amerika əsgərləri it təsviri çəkilən şəkil üzərində “La ilahə illallah, Muhəmmədən Rəsulullah” yazılan vərəqləri təyyarə vasitəsi ilə Əfqanıstanın bir çox şəhərlərinə atıblar.