Roma Papasının sol qaşı partlayıb

Ona ilkin tibbi yardım göstərilib

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Sentyabr 2017, 14:27

Roma Papası Fransisk Kolumbiyaya səfəri zamanı zədə alıb. Bu barədə "La Repubblica" nəşri yazır.

İnterAz "RT"yə  istinadla xəbər verir ki, insident Kartahen şəhərinin mərkəzində baş verib. Zirehli “papamobil”in qəfil dayanması nəticəsində o, üz nahiyyəsindən zədə alıb. Papanın sol qaşı partlayıb, həmçinin gözünün altı göyərib.

Ona ilkin tibbi yardım göstərilib.