Nəsrullah: İŞİD mühasirədədir, onların işi tamamlanıb, Livan xalqı yeni qələbəni gözləsin

Hizbullah lideri Livanın Şərqində aparılan əməliyyatlar barədə danışarkən, Livan xalqına səslənərək yeni bir qələbənin yaxın olduğunu bildirib

Bakı, Oktay Quliyev, İnteraz - 25 Avqust 2017, 09:33

Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah Livanın Şərqində İŞİD əleyhinə aparılan əməliyyatların yaxın zamanda Hizbullahın qələbəsi ilə başa çatacağını deyib.

İnterAz “FarsNews”ə istinadən xəbər verir ki, Hizbullah lideri Livanın Şərqində aparılan əməliyyatlar barədə danışarkən, Livan xalqına səslənərək yeni bir qələbənin yaxın olduğunu bildirib.

Livan ərazisində İŞİD terrorçularının sonunun çatdığını deyən Seyid Həsən Nəsrullah sözlərinə belə əlavə edib:  “Livanın Şərqində İŞİD terrorçuları mühasirəyə alınıb, onların işi tamamlanıb, yaxın zamanda  Livan ərazilərində heç bir İŞİD terrorçusu qalmayacaq”.

O, terrorçuların bir hissəsinin məhv edildiyini, bir qrupunun Hizbullah ordusuna təslim olduunu, yerdə qalan terrorçuların mühasirədə olduğun bildirib.