Səudiyyə prinsi 300 çemodan və 30 velosipedlə Bodruma gedib

Təhlükəsizlik gücləri, mətbuat nümayəndələri də bölgədən görütü və fotoşəkil çəkməmələri üçün böyük səy göstərib

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 14 Avqust 2017, 11:36

Səudiyyə Ərəbistanı şahzadəsi  Əl-Vəlid bin Telal bin Əbdüləziz əl Səud və ailəsi tətil üçün Bodruma gedib.

İnterAz-ın “Milliyet”e istinadən verdiyi xəbərə görə, hava limanının VİP qapısından çıxan Səudiyyə şahzadəsi və ailəsinə yol polisləri və xüsusi hərəkat qrupları yoldaşlıq edib. Hava limanındakı yüksək səviyyə təşkil olunmuş təhlükəsizlik tədbirləri nəticəsində mətbuat nümayəndələri polislər tərəfindən sahənin xaricinə çıxarılıb. Təhlükəsizlik gücləri, mətbuat nümayəndələri də bölgədən görütü və fotoşəkil çəkməmələri  üçün böyük  səy göstərib.

Təyyarənin enişindən sonra hava limanı içərisində gözləyən 6 VİP vasitə və bir avtobusa minən ailə, iki polis avtotosu və təhlükəsizlik işçiləri ilə birlikdə Bodruma doğru hərəkət edblər. Şahzadə Əl Vəlid Min Tallal Bin Əbdüləziz Əl Suud və ailəsi hava limanından ayrıldıqdan sonra xüsusi əşyaları saatlarla davam edən iş nəticəsində Bodrum nəqliyyata aid yük avtomobillərinə daşınıb. 50 nəfərlik qrup tərəfindən yük 300 çemodan və 30 velosiped daşınıldığı öyrənilib. Şahzadənin 1 təyyarə dolusu çemodanının isə daha əvvəl gəldiyi bildirilib.

Əşyalar kral ailəsinin tətilini keçirəcəyi Bodrum Göltürkbükü Məhəlləsindəki villaya aparılarkən, Səud və ailəsi Bodrumda gecə gəzintiyə çıxıb. İlk olaraq Bodrum Yalıkavak Məhəlləsindəki Palmarinada gəzən ailə, marina içərisindəki bir kafedə qısa bir müddət oturub. Səud və yoldaşları burada təxminən 10 dəqiqə qaldıqdan sonra qalacaqları otelə doğru hərəkət ediblər.

Səudiyyə Şahzadəsi Əl-Vəlid bin Telal bin Əbdüləziz əl Səud və ailəsinin təxminən bir həftə mahalda tətil edəcəyi və xüsusi bir gəmiylə mavi tura çıxacağı bildirilib.