Aİ Parlament komitəsi Gürcüstanla viza rejiminin ləğvini qəbul edib

Sazişin qüvvəyə minməsi üçün Avropa Parlamenti onu institut olaraq təsdiq etməlidir

  • 19

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 13:49

Avropa Parlamentinin vətəndaş azadlıqlar, ədliyyə və daxili məsələlər komitəsi Gürcüstanla viza rejiminin ləğvinə dair sazişi qəbul edib.

İnterAz xəbər verir ki, bu barədə RİA “Novosti”nin Brüsseldə olan əməkdaşı məlumat verib. Sazişin lehinə 42, əleyhinə 2 səsə verilib.

Sazişin qüvvəyə minməsi üçün Avropa Parlamenti onu institut olaraq təsdiq etməlidir. Bununla bağlı iclasın yanvar ayında keçirilməsi gözlənilir.

Ötən ayın əvvəli Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Gürcüstan vətəndaşlarının Avropaya qısamüddətli səyahətlər etmək üçün viza rejimin ləğvinə  dair ilkin razılığa gəliblər. Ona əsasan, saziş  pozuntular ortaya çıxdığı halda, onu ləğv edən mexanizmin tətbiqi ilə birgə qüvvəyə minəcək.