Türkiyədə vətəndaşlığın verilməsi şərtləri açıqlanıb

Şərtlər “Resmi Gazete"nin bugünkü sayında dərc edilib

  • 4

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 12:00

Türkiyədə vətəndaşlığın verilməsi ilə bağlı şərtlər açıqlanıb.

İnterAz-ın “Huriyyet”ə istinadən verdiyi xəbərə görə, şərtlər “Resmi Gazete"nin bugünkü sayında dərc edilib.

Şərtlərə görə,

- Ən azı 1 milyon dollar dəyərində daşınmaz əmlakı üç il satılmaması şərti ilə alan;

-Ən azı 2 milyon dollar dəyərində sabit sərmayə qoyan

- Türkiyədə fəaliyyət göstərən banklarda 3 il toxunmamaq şərtilə ən azı 3 milyon dollarlıq hesab açan və ya 3 il saxlamaq şərtilə bu dəyərdə qiymətli kağızlar alanlara vətəndaşlıq veriləcək.

Dəyişiklikdə ən azı 100 nəfərlik iş yeri açdığı sənədləşdirilən əcnəbilərin də Türkiyə vətəndaşlığı alması mümkün olacaq.