“Taliban” əsir saxladığı müəllimlərin görüntüsünü paylaşıb

Əgər danışıqlar aparılmasa, onlar öldürüləcək

  • 15

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 11:40

“Taliban” ötən il Əfqanıstanda oğurladığı avstraliyalı və amerikalı müəllimlərin görüntüsünü paylaşıb.

İnterAz “BBC”ə istinadən xəbər verir ki, amerikalı Kevin Kinq və avstraliyalı Timoti Vikis Kabuldakı Amerika universitetinin professorlarıdır.

Onlar avqust ayında təhlükəsizlik işçilərinin geyimində olan silahlılar tərəfindən universitetin qarşısında oöurlanmışdı. O zamandan sonra Əfqanıstandakı ABŞ qüvvələrinin həmin şəxsləri azad etmək cəhdi uğursuz olub.

Terrorçular tərəfindən video yanvarın birində çəkilib, görüntüdə müəllimlər yaxşı vəziyyətdə saxlanıldıqlarını deyir. Onlar ABŞ prezidenti Donald Trampa onların azad edilməsi üçün məhbus mübadiləsini təklif etməsi üçün müraciət edib. Bildiriblər ki, əgər danışıqlar aparılmasa, onlar öldürüləcək.

ABŞ Dövlət departamenti videonu şərh etmək və həqiqiliyini təsdiq etməkdən imtina edib.

Avstraliya Xarici işlər nazirliyi “Avstraliya hökuməti 2016-cı ilin avqustunda Əfqanıstanda oğurlanan avstraliyalının təhlükəsiz şəkildə azad edilməsi üçün başqa hökumətlərlə yaxından çalışır”, -deyə açıqlama verib.