Serbiyada qatarların toqquşması nəticəsində 22 nəfər yaralanıb

Yaralılardan dördünün vəziyyəti ağırdır, 18 nəfər isə yüngül xəsarət alıb

  • 62

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 11:20

Serbiyanın şimalında iki qatar toqquşub, 22 nəfər yaralanıb.

İnterAz xəbər verir ki, bu barədə “RTV” məlumat yayıb. Sərnişin və yük qatarı Sajlovo-Kisac dəmiryolu stansiyasının yaxınlığında toqquşub.

Yaralılardan dördünün vəziyyəti ağırdır, 18 nəfər isə yüngül xəsarət alıb.

Tibbi xidmət direktoru Boqdan Zivanoviç bildirib ki, ən vacib məsələ hadisə nəticəsində ölənlərin və həyati təhlükəli yaralıların olmamasıdır.

Yaralılar xəstəxanaya aparılıb.