Şimali Sinayda polis məntəqəsinə hücum nəticəsində dörd nəfər ölüb

Polis məntəqəsi Ariş şəhərində yerləşən dövlət xəstəxanasının yanındadır

  • 76

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 10:26

Misirin Şimali Sinay yarımadasında polis məntəqəsinə hücum nəticəsində dörd polis məmuru qətlə yetirilib.

İnterAz “Sky Ne
wsa istinadən xəbər verir ki, polis məntəqəsi Ariş şəhərində yerləşən dövlət xəstəxanasının yanındadır.

Bazar ertəsi isə Arişdə nəzarət məntəqəsinə hücum nəticəsində 8 polis və bir mülki şəxs ölmüş, 10 nəfər yaralanmışdı.