Türkiyədə İŞİD-lə əlaqəli yüzlərlə əcnəbi həbs edilib

Cəzaçəkmə müsəssisələrində əl-Qaidə terror təşkilatına üzv olmaq cinayətindən isə 73-ü şübhəli, 10-u məhkum olmaqla, 83 nəfər var

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 15:39

Türkiyədə İŞİD terror təşkilatının üzvü olan 350 əcnəbi həbs edilib.

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə nazirliyindəki mənbə məlumat verib. 6 yanvar 2017-ci ilə olan rəqəmlərə əsasən, İŞİD-ə üzv olmaq və təşkilat adından cinayət törətmək səbəbi ilə həbsxanalarda 55-i şübhəli, 725-i məhbus olmaqla, 780 nəfər var.

Şübhəli və məhkumların 350-i isə əcnbəbilərdir.

Digər tərəfdən cəzaçəkmə müsəssisələrində əl-Qaidə terror təşkilatına üzv olmaq cinayətindən isə 73-ü şübhəli, 10-u məhkum olmaqla, 83 nəfər var.