İzmirdə törədilən terror aktını TAK öz üzərinə götürüb

Hadisə nəticəsində 2 terrorçu öldürülmüşdü

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 14:58

Ötən həftə İzmirdə məhkəmə binasının qarşısında baş verən terror aktına görə məsuliyyəti PKK-nın bir qolu sayılan TAK öz üzərinə götürüb.

İnterAz “Haberler”ə istinadən xəbər verir ki, yanvarın beşi məhkəmə binasının qarşısına gələn terrorçular içəri girmək istəmişdi.

Hadisə nəticəsində 2 terrorçu öldürülmüşdü.

TAK bundan əvvəl Beşiktaş və Kayseridə baş vermiş terror aktlarına görə məsuliyyəti də öz üzərinə götürmüşdü.