ABŞ-da Çarlstondan olan qatil edam cəzasına məhkum edilib

Andlılar edam cəzasının lehinə səs veriblər

  • 23

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 14:35

ABŞ-ın Andlılar Məhkəməsi 2015-ci ilin iyununda Çarlston şəhərində (Cənubi Karolina) metodist kilsəsinə gələnləri (9 nəfəri) qətlə yetirən Dilan Rufa hökm oxuyub.

İnterAz-ın NTV-yə istinadla verdiyi xəbərə görə, qatilin müdafiəçisi ona ömürlük həbs cəzasının verilməsində israr etsə də, andlılar edam cəzasının lehinə səs veriblər. Vahid fikrə gəlmək üçün onlara üç saatdan az vaxt tələb olunub.