İŞİD iki Türk əsgərini diri-diri yandırıb

İŞİD Fethi Şahin və Səfər Taşı yandıraraq qətlə yetirib

  • 194

Bakı, Nazilə Xaqani, İnteraz - 23 Dekabr 2016, 10:19

İŞİD iki Türk əsgərini yandırıb.

İnterAz xəbər verir ki, Ukraynanın “uapress.info” saytında terror təşkilatının iki Türk əsgərini yandırdığı ilə bağlı xəbər yayımlanıb. Videonun terrorçulara məxsus sosial şəbəkəsində yayıldığı bildirilir.

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun qəzəbli sünni gənclər (öfkeli sünni gencler) adlandırdığı İŞİD, Türkiyə ordusunun iki əsgərini, Fethi Şahin və Səfər Taşı yandıraraq qətlə yetirib.

Türkiyədə bütün sosial şəbəkələrdə videonun yayılmasına qadağa qoyulub. İnternetdən silinən videoların vətəndaşlar tərəfindən baxılmasına mane olunur. Hökumətin və Türkiyə silahlı qüvvələrinin görüntülərlə bağlı açıqlama verməsi gözlənilir.

Dünən isə İŞİD Türkiyənin 16 əsgərini əl-Bab ətrafında gedən döyüşlərdə qətlə yetirmişdi.