• 13:55

Azərbaycan 2020-ci ildə Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi edəcək

  • 15
12 Oktyabr 2018, 17:05

11 Avqust 2018-ci il tarixdə Avstriyanın Viena şəhərində Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsinin toplantısı keçirilib. 2020-ci ildə keçiriləcək ISSF Dünya Kubokları ücün nəzərdə tutulmuş şəhərlərin yekün siyahısını təsdiq edilməsi toplantının əsas səbəbi olub. Ümumilikdə, 15 şəhər 2020-ci il ISSF Dünya Kuboklarını keçirmək arzusunda olduğunu bildirib.

 

İnterAz xəbər verir ki, 2020-ci ilin Olimpiya ili olduğu nəzərə alınaraq,  Dünya Kubokları əvvəlki illərdə bu səpkili tədbirlərin təşkilində təcrübəyə və bütün beynəlxalq standartlara cavab verən komplekslərə malik olan ölkələrə verilib. Azərbaycanda bütün beynəlxalq standartlara cavab verən iki atıcılıq kompleksin olduğunu və 2014-ci ildən etibarən Azərbaycanda mütamadi keçirilən bütün beynəlxalq yarışlar yüksək səviyədə təşkil olunduğunu nəzərə alaraq, Azərbaycan Atıcılıq Federasiyası 2020-ci ildə Qəbələdə şəhərində Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının rəsmi təşkilatcısı təyin edilmişdir.

 

Bələliklə 2020-ci ildə Azərbaycana güllə atıcılığı üzrə Dünya Kubokunun keçirilməsi həvalə olunub. Yarışlar güllə atıcılığın 10 (on) olimpiya növündə keçiriləcək:

 

Dünya Kuboku 19-27 İyun 2020-ci il tarixlərdə keçiriləcək.Ümumilikdə Dünya Kubokunda 70-dən artıq ölkədən 600-ə yaxın idmançının iştirakı gözlənilir. Onlar arasında dünyanın tanınmış atıcıları, Dünya və Avropa çempionları, olimpiya oyunlarının qalibləri olacaq.