• 21:37

Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşlara 2 yeni xidmət təqdim edib

  • 19
12 Oktyabr 2018, 16:56

Maliyyə Bazarlarına Nəzarət Palatasında yenilənmiş 966 Çağrı Mərkəzinin və i-Map informativ xəritə xidmətinin təqdimat mərasimi keçirilib.

 

İnterAz xəbər verir ki, təqdimat mərasimini açan Palatanın mətbuat katibi Elşən Allahverdiyev bildirib ki, təqdim olunan 966 Çağrı Mərkəzi vətəndaşların suallarının operativ, keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb və fasiləsiz xidmət göstərəcək.

 

Çox kanallı, 3 dildə cavablandırmanı təmin edən, ölkənin bütün stasionar və mobil şəbəkə operatorlarından zəng qəbul edəcək 966 Çağrı Mərkəzinin mütləq hədəfi maliyyə xidmətlərinin istehlakçılarının, həmçinin çağrı mərkəzinə müraciət ünvanlayan vətəndaşların xətdə gözləmə müddətini minimuma endirməklə, sorğu və suallarının cavablandırılmasını təmin etməkdir.

 

Çağrı Mərkəzinin yaradılmasında əsas prioritet Palata ilə əlaqənin əlçatan olmasına və vətəndaş məmununluğunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.