• 15:29

Ağstafa Məşğulluq Mərkəzində iş axtaranlar üçün məlumatlandırıcı tədbir keçirilib

  • 12
12 Oktyabr 2018, 16:50

Ağstafa rayon məşğulluq mərkəzi tərəfindən “Xidmətin fəaliyyətinin ictimaiyyətə çatdırılması” mövzusunda  dəyirmi masa keçirilib.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, dəyirmi masada əsasən işə götürən təşkilatların nümayəndləri iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon məşğulluq mərkəzinin direktoru  Meydanalı Mansırov qeyd edib ki, xidmətin fəaliyyət istiqamətlərini Prezident İlham Əliyevin təsdiq etdiyi 30 iyun 2017-ci il tarixli “İşsizlikdən sığorta haqqında” və 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunları və digər  normativ  hüquqi aktları  tənzimləyir.

 

Məşğulluq haqqında “Azərbaycan Respublikası Qanunu Məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi iqtisadi və təşkilatı əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatını müəyyən edir.Sonra çıxış edən Ağstafa rayon məşğulluq mərkəzinin baş məsləhətçisi Nabat Qasımova  aktiv məşğulluq tədbirləri- işaxtaran  və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlərdən danışıb. 

 

Nabat Qasımova həmçinin bildirib ki, xidmətdə işsiz kimi qeydiyyata alınmış şəxslərin sığortaolunanların əmək haqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək hüququ vardır.

 

Qeyd edək ki,İşəgötürənlər ƏƏSM Nazirliyinin “Mərkəzləşmiş İnformasiya Sisteminin(MİS)  Məşğulluq Alt Sistemində Müraciət-Ərizə formasını doldurub gücləndirilmiş elektron imza ilə təqdim etməlidirlər.Sonra nazirlik tərəfindənhəmin təşkilat barədə sorğu əldə edilməsinə dair Razılığını imza ilə təsdiq edir.İşəgötürənin müraciəti qeydiyyata alındıqdan sonra 10 iş günü ərzində işəgötürənin bu proqramda iştirakçının mümkünlüyü araşdırılır. ƏƏSMN orqanların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur.

 

Daha sonra  mövzu haqqında müzakirələr olub, işə götürənləri maraqlandıran sullar cavablandırılıb.