• 15:30

Müsəlman təqviminə əsasən bu gün Səfər ayının birinci günüdür

  • 14
11 Oktyabr 2018, 14:16

Məhərrəm ayı hicri-qəməri tarixinin ilk ayı olduğu üçün bir çox müsəlman dövlətlərində təqvim ili bu ayın ilk günündən başlayır. Lakin bu ayda qanlı Aşura faciəsinin baş verməsi ona matəm abu-havası qatmış olub.

 

Hicri-qəməri tarixi ilə bu gün 1440-cı ilin səfər ayının biridir. Səfər ayı matəm ayı kimi tanınan Məhərrəm ayından sonra gələn aydır.

 

Məhərrəm ayının 10-u (Aşura günü) islam dünyasında ən faciəli gün kimi tarixə düşüb. Bu gündə İmam Hüseyn 72 yaxını ilə birgə Kərbəla səhrasında vəhşicəsinə qətlə yetirilib və şəhid adını alıblar. Qurumuş islam ağacı belə bir gündə məhz İmam Hüseynin (ə) qanı ilə sirab olaraq, yenidən baş qaldırmağa, bar verməyə və kölgə salmağa başladı.

 

Aşura günündən sonra İmam Hüseynin (ə) karvanında olan xəstə, qadın və uşaqlar əsir götürülərək, o zamankı zalım xəlifə Yezid ibni Müaviyənin (l.ə) hüzuruna Şama aparıldı.

 

Tarixi faktlara görə, İmam Hüseynin yerdə qalan yaxınları əsir halda məhz səfər ayının birində Şama çatdılar və Yezid ibni Müaviyənin hüzuruna aparıldılar.

 

Baxmayaraq ki, hicri-qəməri tarixinin 61-ci ilinin səfər ayının birində Əhli-beyt əsirləri  Yezid qarşısında çox təhqirə məruz qaldılar, lakin illər keçdikdən sonra həmin Dəməşq şəhərində Əhli-beyt üzvlərinin məqbərələri ucaldı. Bu məqbərələrə hər gün saysız hesabsız zəvvarın axışdığı zamanda qəbri məlum olmayan Yezid ibni Müaviyə müsəlmanlar arasında əbədi lənət qazandı.