• 13:59

Qazaxda akademik Rafiq Mehdiyevin 85 illiyi münasibəti ilə rəsm sərgisi keçirilib

  • 21
11 Oktyabr 2018, 14:10

Mədəniyyət Nazirliyinin paytaxdan-bölgələrə adlı silsilə tədbirlərinə uyğun olaraq Qazax rayonunda tanınmış rəssam, akademik Rafiq Mehdiyevin 85 illiyi münasibəti ilə  rəsm sərgisi keçirilib.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, sərgi rayonun Heydər Əliyev mərkəzində baş tutub. Mədəniyyət Nazirliyinin  Ağstafa regional mədəniyyət idarəsinin təşəbüsü ilə keçirilən sərgidə mədəniyyət işçiləri, tanınmış rəssamlar və istedadlı gənclər iştirak edib. Tədbir iştirakçıları əvvəlcə sərgi ilə tanış olub. Daha Sonra sərginin keçirilməsinin mahiyyətindən danışılıb və tanınmış rəssam, akademik Rafiq Mehdiyevin yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.