• 15:37

Bakıda quldurluq hadisəsi baş verib

  • 109
10 Oktyabr 2018, 14:37

Bakıda ayrı-ayrı şəxslərə qarşı quldurluq edən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən İnterAz-a verilən məlumata görə, Nizami rayonunda quldurluq hadisəsi baş verib. Belə ki, rayon sakini Vüsal Abıyev 25-ci Polis Şöbəsinə müraciət edərək Şərifli küçəsi 96 ünvanında iki nəfər tanımadığı şəxsin ona hücum edərək xəsarət yetirdiklərini daha sonra mobil telefon və noutbukunu əlindən aldıqlarını bildirib.

 

Qeyd edilən hadisədən 3 gün sonra eyni məzmunlu şikayətlə Polis Şöbəsinə bir nəfər qadın da müraciət edərək içərisində pul və sənədlər olan əl çantasının naməlum şəxslər tərəfindən zorla onun əlindən aldığını bildirib.

 

Quldurluqları  törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Rufullayev və Azər Qurbanov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər. Saxlanılan şəxslər quldurluq hadisələri zamanı zərərçəkənlərə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.