• 14:50

ABŞ prezidenti yoxa çıxan jurnalistlə bağlı açıqlama verib

  • 8
09 Oktyabr 2018, 15:27

ABŞ prezidenti 2 oktyabrda Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluq binasından yoxa çıxan tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” yazarı Camal Qaşıqçı ilə bağlı açıqlama verib.

 

İnterAz xəbər verir ki, Tramp hadisə barədə narahatlığını dilə gətirib və məsələsinin tezliklə aydınlanacağına ümidvar olduğunu bildirib.

 

O, hazırda bu barədə heç kimin heç nə bilmədiyini sözlərinə əlavə edib.

 

BMT, Fransa və Almaniya da açıqlama yayaraq hadisə barədə dəqiq faktların açıqlanmasını istəyiblər.

 

Qeyd edək ki, Qaşıqçı 2 oktyabrda yerli vaxtla 13:00-da sənədləşmə işləri ilə əlaqədar konsulluğun binasına girib, daha sonra oradan çıxmayıb.