• 14:01

Bu gün Ümumdünya Poçt günüdür

  • 25
09 Oktyabr 2018, 15:25

Bu gün - 9 oktyabr dünyada Ümumdünya Poçt günü kimi qeyd olunur.

 

9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt Birliyinin əsasını qoyan “Bern sazişi” imzalanıb. 1978-ci ildə birliyin adı dəyişdirilərək Ümumdünya Poçt İttifaqı adlandırılır. Hal-hazırda Ümumdünya Poçt İttifaqının tərkibində 189-dan çox ölkə var. Ümumdünya Poçt günü hər il 9 oktyabr tarixindən etibarən bir həftə ərzində - Beynəlxalq məktub həftəsi adı altında keçirilir.

 

Bu il Azərbaycan poçtu da öz 200 illik yubileyini qeyd edib.

 

Hazırda “Azərpoçt ”MMC-nin 63 poçt filialı, 7 rabitə qovşağı, 4 törəmə müəssisə, 1497 poçt şöbəsi və 83 poçt agentliyi mövcuddur.

 

Biz də poçt işçilərini peşə bayramları münasibətilə təbrik edirik.