• 07:23

"Sınıq Körpü" gömrük-keçid məntəqəsinə media-tur təşkil edilib

  • 38
25 Iyun 2018, 16:10

Dövlət Gömrük Komitəsi (DGK) " Sınıq Körpü" gömrük-keçid məntəqəsinə media-tur təşkil edib

 

İnterAz xəbər verir ki, media turun keçirilməsində məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin olunduğu barədə məlumatlandırmaq olub. Gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır.

 

İdarə sədri prosedurun aparılması üçün qısa zaman tələb olunduğunu bildirib.

 

Media tur zamanı jurnalistlər  bütün proseslərlə yaxından tanış olub, onları maraqlandıran suallar cavandırılıb.