• 07:57

Bakıda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb

  • 236
22 May 2018, 12:48

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat nəticəsində Yasamal rayonunda yerləşən qəbiristanlıqda məzar daşlarının üzərində olan bürünc və latundan hazırlanan barelyefləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

İnterAz xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sahib Əsədullayev və onun qohumu Mikayıl Əsədullayev tutularaq məsuliyyətə cəlb ediliblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları əşyaları əlvan metal qəbulu məntəqələrinə satlıbar.

 

Saxlanılan şəxslərdən məzarların hissələrinin bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Qeyd edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi, əməliyyat və istintaq tədbirləri davam etdirilir.