• 20:19

İmişlidə fərdi yaşayış evi yanıb

  • 24
13 Yanvar 2018, 15:59

Hadisə gecə saatlarında İmişli şəhər Lətif Vəliyev küçəsində yerləşən Yadigar Aslanova məxsus evdə qeydə alınıb. Hadisə zamanı evdə heçkim olmayıb. Yaxınlıqda olan ev sahibin qardaşı anidən yanğından xəbər  tutub. Evdən əşyaları çıxarmağa cəhd etsələr də alov imkan verməyib.

 

Ev sahibinin sözlərinə görə, yanğın evin yola tərəf olan otağından başlayıb və digər otaqlara keçib. Yanğın nəticəsində azyaşlı üzvləri də olan ailə evsiz qalıb. Həmçinin ev sahibi bildirir ki, evdən çıxarkən qaz və işıq bağlı olub. Hazırda çarəsiz qalan ailə nə edəcəyini bilmir.

 

Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda faktla bağlı araşdırma  aparılır.