• 04:30

Lənkəranda sərnişin avtobusu qəzaya uğrayıb

12 Yanvar 2018, 17:42

Lənkəran-Bakı reysi üzrə hərəkət edən, 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Ürgə kəndi ərazisində 44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub. Zərbənin gücündən sərnişin mikroavtobusu yolun kənarına aşıb.

 

Hadisə nəticəsində Lənkəran rayonunun Bəliton kənd sakini, 1960-cı il təvəllüdlü Bəsdiqız Abbasova və onun oğlu, 1993-cü il təvəllüdlü Rəşid Abbasov, Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Adıgözəl Rzayev və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1975-ci il təvəllüdlü İlhamə Hüseynova, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Rzayeva Samirə, Lənkəran rayonunun Vilvan kənd sakini, 2000-ci il təvəllüdlü Əli Həsənov, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rzayev Rəşad ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri "Xəzər Lənkəran" futbol klubunun məşqçisi, veteran futbolçu Namik Qarayevdir.

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədovun verdiyi məlumata görə, qəza nəticəsində 8 nəfər müxtəlif dərəcəli travma alıblar. xəstələrə lazımı tibbi yardım göstərilib.

 

Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü qadın olub və hadisə yerindən qaçıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.