• 04:32

Tovuzda saxta duz satışına qarşı reyd keçirilib

10 Yanvar 2018, 15:53

Tovuzda saxta duzlar aşkarlanaraq satışdan çıxarılıb. Azad istehlakçılar ictimai birliyinin Tovuz rayon nümayəndəsi, isehlakçılar və  rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə aparılan reyd zamanı Tovuz rayonunun Nəsimi ticarət mərkəzində, Qovlar şəhərində və rayonun Aşağı Quşçu kəndi ərazisində yerləşən bir neçə mağazada  “Ukraina” adı altında qablaşdırılmış duzları aşkar edərək analiz edib. Duzların saxta olduğu məlum olduqdan sonra satışdan çıxarılıb.

 

Reyd zamanı bir gün ərzində 800 ədəd saxta, yodlaşdırılmamış, qışda buzların əridilməsi məqsədi ilə asvalt ortüklərinə qumla qarışdırılıb tökmək məqsədi ilə hazırlanmış duz aşkarlanaraq satışdan çıxarılıb və Tovuz rayon polis şöbəsinin həyətinə gətirilib. Bu barədə Azad istelakçılar ictimai birliyinin Tovuz rayon nümayəndəliyinin sədri Elxan İbrahimov məlumat verib.

 

Qeyd edək ki, Ukraynadan gətirilmiş duzların tərkibində yod olduğu üçün, həmin duzların insan orqanizmi üçün heç bir zərəri yoxdu, lakin qiyməti bahadır. Ukrayna duzu altında qablaşdırılmış saxta, yodsuz duzlar isə inasn orqanizmi üçün hədsiz dərəcədə zərərlidi və həmin duzdan mütamadi olaraq istifadə etdikdə insan orqanizmində  bir neçə xəstəliklərin yaranmasına səbəb olur. 

Qeyd edək ki, Azad istelakçılar ictimai birliyi tərəfindən bu kimi reydlər davam etdirliəcək.