• 03:38

Körpülərin led işıqlarını oğurlayanlar həbs edilib

21 Noyabr 2017, 13:55

Ölkənin əsas strateji  yolları, körpüləri, eləcə də fiziki və hüquqi şəxslərə məxsus obyektlər və mənzillər Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin   əməkdaşları tərəfindən etibarlı şəkildə qorunur. Bu istiqamətdə Sabunçu Rayon Mühafizə İdarəsinin  əməkdaşları tərəfindən oğurluq hadisələrinin qarşının vaxtında alınması istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, cari ilin noyabrın 17-də axşam saatlarında Bakı-Aeroport yol qovşağı körpüsünün üstündə bir nəfər yol ötürücüsünün kənarındakı dəmir məhəccərə bəzək üçün quraşdırılan boruları və led işıqları sökərək oğurlamağa cəhd göstərib. Dərhal hadisə yerinə yaxınlaşan orada xidmət aparan Sabunçu RMİ-nin əməkdaşları həmin şəxsi saxlayaraq ərazi üzrə 12-ci Polis Bölməsinə təhvil veriblər. 

Sabunçu RMİ əməkdaşları tərəfindən daha bir analoji oğurluq hadisəsinin qarşışı vaxtında alınıb. Belə ki, noyabrın 15-də saat 21 radələrində Zabrat körpüsündə xidmət aparan Sabunçu RMİ-nin əməkdaşları körpünün üstündə “VAZ-21011” markalı avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanma səbəbini aydınlaşdırmağa çalışıblar. Bu zaman sürücü avtomobilə minib qaçmağa cəhd göstərən zaman polislərin sayıqlığı və çevikliyi sayəsində maşınla birlikdə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı Zabrat körpüsündən oğurlanan dəmir məhəccərlər və əlvan metaldan olan əşyalar aşkar olunaraq götürülüb. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə təhvil verilən saxlanılan şəxsin Bakı şəhər sakini Şakir Əliyev olduğu müəyyən edilib.