• 03:37

Şəmkirdə saxta pul hazırlayan şəxs tutulub

21 Noyabr 2017, 14:47

Şəmkirin Zəyəm Cırdaxan kəndində saxta əskinaz hazırlayan şəxs tutulub.

Belə ki, Şəmkir rayon polis şöbəsinin əməkdaşları rayonun kənd sakini 32 yaşlı Bəhruz Nuriyevin yaşadığı evdə axtarış aparıblar. Axtarış zamanı oradan 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 3 ədəd 100 ABŞ saxta dollar, 1 ədəd printer, saxta pul çap etmək üçün nəzərdə tutulan 200 ədəd qara rəngli kağız və 1 kiloqramdan çox gümüşü civə aşkar edilərək götürülüb.

Faktla bağlı zəruri istintaq araşdırmaları davam etdirilir.