• 09:40

Qəzalı ev şəraitində yaşayan birinci qrup əlilin hüquqları pozulur

12 Sentyabr 2017, 16:21

57 yaşı var, boyu isə cəmi 56 sm-dir. Artıq 57 ildir ki, harasa getmək üçün yalnız oturaq formada sürünür. Söhbət Qazax rayonun Çaylı kəndində yaşayan anadan gəlmə birinci qrup əlil Namazova Gülaya Namaz qızından gedir. O, hazırda qardaşı Cəbrayıl və onun ailəsi ilə bir həyətdə yerləşən evdə  yaşayır. Xəstəliyi azmış kimi üstəlik yaşadığı ev də  qəza şəraitindədir. Acınacaqlı və qəzalı vəziyyətdə olan bir otaqda yaşayan Gülaya Namazova dəfələrlə mənzildə yatarkən evin divarındakı daşların uçduğunu deyir. Qardaşı Cəbrayıl Namazov isə imkanı olmadığı üçün o da çarəsiz qalıb. Hər gün harasa getmək üçün oturaq halda sürünən Gülaya Namazova deyir ki, mənzil şəraitinin yaxşılaşdırılması, eləcə də hərəkət etmək üçün əlil arabasının alınması üçün dəfələrlə adiyyatı qrumlara müraciət etsə də müsbət cavab almasına baxmayaraq bu günədək heç bir nəticə əldə edilməyib.

Məsəslənin ən maraqlı tərəfi isə adiyyatı qurumlar tərəfindən onun  hüquqları pozularaq tanımadığı şəxslər tərəfindən ona qəyyum təyin edilib. Beləliklə ölümündən sonra yaşadığı mənzil bu gün onun əziyyətini çəkən qardaşına yox, məhz həmin adamların adına keçsin. Gülaya Namazova isə ona qəyyum kimi yazılan iki nəfərdən xəbərsiz olduğunu deyir və bu barədə də dəfələrlə adiyyatı qurumlardan həmin şəxslərin onun qəyyumluğundan çıxması barədə xahiş etdiyini, lakin nəticə əldə edilmədiyini bildirib.

Qardaşı Cəbrayıl Namazov isə bildirib ki, bacısının mənzil probleminin nisbətən yaxşılaşdırılması üçün bacısı ilə birlikdə rayon İcra hakimiyyəti Başcısınınqəbulunda olub, rayon rəhbərliyi isə bu məslənin həlli üçün kənd rəhbərliyinə tapşırıqlar verib. Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə isə nəinki, ona kömək edib, hətta onun tanımadığı şəxsləri ona qəyum kimi göstərib.

Qeyd edək ki, Əməkdaşlarımız məsləyə aydınlıq gətirmək üçün Çaylı kənd bələdiyyəsində və Qazax rayon İcra Hakimiyyəti Başcısının Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliində olub. Lkin iş vaxtı olmasına baxmayaraq adiyyatı şəxslərdən heç kəs yerində olmayıb.

Lakin bu məsələdə aidiyyatı qurumlar birinci qrup əlil Gülayaya köməklik göstərmirlər. Ümid edirik ki, imkanlı qardaş və bacılarımız öz köməyini  əsirgəməyəcək və ona dəstək olacaqlar.