• 13:33

Qubada bıçaqlanma hadisəsi qeydə alınıb

12 Sentyabr 2017, 15:39

Qubada bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun II Nügədi kəndində qeydə alınıb. Belə ki, Quba rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayev həmkəndlisi Şakir Mədətov tərəfindən bıçaqlanıb. Yaralı Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin sol tərəfinin, sol çiyinin arxa hissəsinin və sol said sümüyünün kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Hadisədə təqsirləndiirlən Şakir Mədətovun yaxınlarının verdiyi məlumata görə mübahisəyə tərəflər arasında yaranan torpaq məsələsi səbəb olub. Belə ki, Nizaməddin Əmrullayev Şakir Mədətova ona məxsus sahəni zəbt etdiyini deyib lakin qarşı tərəf bununla razılaşmayıb. Nəticədə mübahisə davaya çevrilib və qanlı hadisə baş verib. Quba rayon prokurorluğundan isə bildirilib ki, hazırda Şakir Mədətov polis əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, Quba rayon Mərkəzi xəstəxanasından rayon icra hakimiyyətinin icazƏəsi olmadan yaralı barədə  məlumat verilməyəcəyi bildirilib.