• 09:41

Üçüncü devalvasiya gözlənilirmi?

11 Sentyabr 2017, 16:58

Avqust ayı valyuta bazarında aparılan monitorinqlərin nəticəsi olaraq dollara tələbin artması ilə müşahidə olunub. Belə ki, yeni tədris ilinin başlanması ölkəyə idxal edilən məhsullarının həcminə təsir göstərib. Xüsusilə məktəb ləvazimatlarına olan tələb idxal hesabına ödənildiyi üçün nəticə etibarı ilə bu da dollara tələbin artmasına səbəb olub. Bu fikrləri kanalımıza müsahibəsi zamanı İqtisatçı ekspert Vüqar Bayramlı bildirib.

Ekspertin sözlərinə görə,  növbəti aylarda daha dəqiq desək noyabrın ikinci yarısında və dekabrda dollara tələbin artması müşahidə olunacaq. Dekabr ayında dollara tələbin artması bir sıra dövlət müəssisələrinin xarici borc öhdəliklərini yerinə yetirməsi ilə bağlıdır.

Bildirək ki, manatın məzənnəsinin tənzimlənməsi birbaşa Mərkəzi Bankla bağlıdır. Növbəti devalvasiyanın olması barədə isə rəsmi məlumat yoxdur. Bu arada qeyd edək ki, bu günə olan məlumata görə dolların manata olan məzənnəsi 1 manat 70 qəpikdir.