• 13:32

Lənkəranda baş verən yanğında tərəvəz istixanasının bir hissəsi yanıb

11 Sentyabr 2017, 15:56

 

Hadisə rayonun Haftoni qəsəbəsi ərazisində, Elşən Məmmədova məxsus istixana təsərrüfatına aid tikilidə qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın zamanı partlayış səsləri də eşidilib. Əraziyə FHN -nin Lənkəran Dövlət Yanğından Mühafizə Hisssəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı 200 kv m sahəsi olan kimyəvi maddələrin saxlandığı anbar və 500kv m sahəsi olan istixananın 40 kv m-nin yandığı bildirilir. Yerli sakinlərin sözlərinə görə, ərazidə iki gün əvvəl də yanğın baş verib, lakin tez bir zamanda qarşısı alınıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.