• 18:53

Uşaqlara hüquqlarını öyrətmək üçün vacib işlər görülməlidir

12 Yanvar 2017, 14:06

Gələcəyimizin əsası uşaqlardır. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqlarımızın hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılmasına dəstək olmaq hər birimizin borcudur.Bəzən valideynlər uşaqlara özünü müdafiə etməyi öyrətmək yerinə onları  özündən asılı vəziyyətə salmağa çalışırlar. bu da onların bir fərd kimi formalaşmasına mane olur.

Psixoloq Vəfa Əkbərin sözlərinə görə, valideynlərin uşaqların suallarına etinasız yanaşması da onlarda ruh düşkülüyünə gətirib çıxarır. bu isə  düzgün deyil. Vaxtında onlara maraqlandıqları mövzularla bağlı ətrafli məlumat verməli,yeri gələndə dünyagörüşlərini artırmaq üçün bir mövzudan başqa 1 mövzuya keçid edilməlidir. Uşaqlarla bilməli olduqları hüquqları ilə bağlı da vaxtaşırı müəyyən  diskussiyalar aparılmalıdır. Sosioloq Əhməd Mansurovun sözlərinə görə, Hazırda uşaqların hüquqlarının öyrədilməsi üçün müəyyən işlər görülür.

U
şaqlarla peşəkarların məşğul olması onların probleminə  yardım etmiş olacaq. Hər birimiz onları dinləməyə çalışsaq 1 çox məsələləri vaxtında həll etmiş olarıq. Həm onları anlaya bilərik. Həm də bəzi xoşagəlməz hadisələrin qarşısını vaxtında alarıq. Odur ki,çalışaq gələcəyimizin təminatçılarına öz hüquqlarını öyrətməyi bacaraq.