• 19:05

Baş hemotoloq: Qanın bədxassəli xəstəlikləri uşaqlar arasında ölümün əsas səbəblərindəndir

11 Yanvar 2017, 14:59

Ötən il 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkar olunub.

327 nəfərdə isə kəskin leykoz müəyyən edilib. Bu barədə  baş hemotoloq Çingiz Əsədov Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun  hesabat xarakterli tədbirində çıxışı zamanı məlumat verib.Həkimin sözlərinə görə, uşaq və gənc yaşlarında qanın bədxassəli şişlərdən ölüm hallarının 50 faizə yaxın olması narahatedici amildir.

Xatırladaq ki, 2015-2016-cı illərdə  nigaha daxil olmaq istəyən şəxslər  arasında aparılmış tibbi müayinələr nəticəsində 90 cütlüyün hər ikisində  talessemiya  daşıyıcılığıaşkarlanmışdır.

Qeyd edək ki,ötən ilin 11 ayı ərzində 76692 nəfərin qan varməsi nəticəsində  36,369 ton qan əldə olunub. Aşura günü  qan verən 4141 nəfərdən isə 1863,8 litr qan alınıb.