• 01:01

Goranboyda 34 yaşlı kişi ölümcül döyülüb

  • 38
11 Yanvar 2017, 13:16

Gecə evə gəlmədi səhər huşsuz halda tapıldı.

Xoşagəlməz hadisə Goranboyda baş verib. 34 yaşlı mebel ustası Elşad Dadaşov işdən evə gəlmədiyindən həyat yoldaşı narahat olub. Qadın dəfələrlə ona zəng vursa da Elşad zəngləri açmayıb. Aygün Dadaşova səhər saatlarında həyat yoldaşının ölümcül döyülməsi xəbərini alıb. Yaxınları 34 yaşlı kişini huşsuz halda, Hacallı kəndi ərazisində aşkarlayıblar.

Zərərçəkən təcili yardım avtomobili ilə Goranboy Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan mebel ustası travmatolgiya şöbəsinə yerləşdirilib. Həyat yoldaşı Elşadın 15 ildi kənddən çıxaraq rayonda yaşadığını hər hansı kənd sakini ilə problemi olmadığını deyib. Yaxınları 3 uşaq atası olan zərərçəkənin 6 nəfər tərəfindən başqa yerdə ölümcül hala salınaraq Hacallı kəndinə gətirildiyini iddia edirlər.

Hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.