Malta millisi Azərbaycan yığması ilə oyunöncəsi itki ilə üzləşib

Hücumçu Millətlər Liqasının III turunda Kosovo ilə matçın 70-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırıldığı üçün millimizlə matçı buraxacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 10:45

UEFA Millətlər Liqasının IV turunda Azərbaycan yığması ilə qarşılaşacaq Malta millisi itki ilə üzləşib.

 

İnterAz verir ki, komandanın kapitanı Maykl Mifsud Bakıda keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcək.

 

Hücumçu Millətlər Liqasının III turunda Kosovo ilə matçın 70-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırıldığı üçün millimizlə matçı buraxacaq.

 

Qeyd edək ki, oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta matçı saat 20:00-da başlayacaq.