UEFA Millətlər Liqasında III turun növbəti matçları keçiriləcək

Günün ən maraqla gözlənilən qarşılaşması da A Liqasında keçiriləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 08:59

Bu gün UEFA Millətlər Liqasında III turun növbəti matçları keçiriləcək.

 

İnterAz xəbər verir ki, ikinci oyun günündə 4 liqada 7 qarşılaşma baş tutacaq.

 

Azərbaycan milli komandasının yer aldığı D Liqasında Belarus Lüksemburqu, Moldova isə San Marinonu qəbul edəcək. II qrupun lideri Lüksemburq keçirdiyi hər iki oyunda qəbələ qazanıb. Belarus yığması 4 xalla ikinci, Moldova isə 1 xalla üçüncüdür. San Marino isə 0 xalla sonuncu pillədə qərarlaşıb.

 

A Liqasında 2 qarşılaşma təşkil olunacaq. Sonuncu dünya çempionatının bürünc mükafatçısı Belçika evdə İsveçrə ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupda hər iki komandanın 3 xalı var. Keçirdiyi hər iki oyunda məğlub olan İslandiyanın isə xalı yoxdur və sonuncu pillədədir.

 

Günün ən maraqla gözlənilən qarşılaşması da A Liqasında keçiriləcək. Xorvatiya evdə İngiltərə ilə qarşılaşacaq. Hər iki komanda keçirdikləri ilk oyunda məğlub olub. Qrupa 6 xalla İspaniya yığması başçılıq edir.

 

UEFA Millətlər Liqası

 

III tur

 

A Liqası

 

II qrup

 

22:45. Belçika - İsveçrə

 

Xal durumu: İsveçrə - 3 (1 oyuna), Belçika - 3 (1), İslandiya - 0 (2)

 

IV qrup

 

22:45. Xorvatiya - İngiltərə

 

Xal durumu: İspaniya - 6 xal (2 oyuna), İngiltərə - 0 (1), Xorvatiya - 0 (1)

 

B Liqası

 

III qrup

 

22:45. Avstriya - Şimali İrlandiya

 

Xal durumu: Bosniya və Herseqovina - 6 xal (2 oyuna), Şimali İrlandiya - 0 (1), Avstriya - 0 (1)

 

C Liqası

 

II qrup

 

22:45. Estoniya - Finlandiya

 

22:45. Yunanıstan - Macarıstan

 

Xal durumu: Finlandiya - 6 xal (2 oyuna), Macarıstan - 3 (2), Yunanıstan - 3 (2), Estoniya - 0 (2)

 

D Liqası

 

II qrup

 

22:45. Belarus - Lüksemburq

 

22:45. Moldova - San Marino 

 

Xal durumu: Lüksemburq - 6 xal (2 oyuna), Belarus - 4 (2), Moldova - 1 (2), San Marino - 0 (2).