Azərbaycan hakimi Avropa Liqasının oyununa təyinat alıb

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Sentyabr 2017, 17:55

Azərbaycan hakimi UEFA Avropa Liqasının oyununa təyinat alıb.

İnterAz-ın məlumatına görə, UEFA Avropa Liqasının "I" qrupunda sentyabrın 14-də D.Afonso Henrikes stadionunda keçiriləcək “Vitoriya” (Portuqaliya) – “Salzburq” (Avstriya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.