Azərbaycan kikboksçuları Avropa çempionatının yarımfinalına yüksəliblər

Sentyabrın 10-dək davam edəcək çempionatda Azərbaycan idmançıları uğurla çıxış edirlər

Bakı, Nazilə Xaqani, İnteraz - 06 Sentyabr 2017, 18:07

WAKO-nun təqvim planına uyğun olaraq, Makedoniyada kikboksinq üzrə gənclər, kadetlər və yeniyətmələr arasında Avropa çempionatı keçirilir.

İnterAz xəbər verir ki, sentyabrın 10-dək davam edəcək çempionatda Azərbaycan idmançıları uğurla çıxış edirlər.

Sentyabrın 6-da kikboksinq yarışının dörddə-bir final mərhələsində 51, 54, 60, 86, 91 kiloqramdan yuxarı çəki dərəcələrində Azərbaycan idmançıları mübarizə aparıblar.

Məhəmməd İmanov (51 kq), Elnur Qəşəmov (54 kq), Elşad Şahbazov (60 kq), Orxan Məhərrəmov (86 kq) və Ramiz Nadirov (91 kq-dan yuxarı) rəqiblərini məğlub edərək yarımfinala yüksəliblər.