"Neftçi" Ruslan Abışovla müqavilə imzalayıb

Ruslan Abışov "Neftçi"də

Bakı, Sevinc Eminzadə, , İnteraz - 12 Yanvar 2017, 12:01

Ağ qaralar Ruslan Abışovla il yarım müddətinə müqavilə bağlayıb.

İnterAz xəbər verir ki, bu barədə məlumat klubun rəsmi internet səhifəsində yayılıb. 29 yaşlı müdafiəçi 2006-2012-ci illərdə "Neftçi” klubunun formasını geyinib. Daha sonra Abışov Rusiyanın "Rubin”, "Xəzər Lənkəran”, "Qəbələ” və "İnter" klublarında çıxış edib.

Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.