Şahmat ustası Vüqar Həşimovun anım tarixidir

Vüqar Həşimov 2014-cü ildə Almaniyanın Heydelberq klinikasında beyin xərçəngindən dünyasını dəyişib

  • 67

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 11:19

Görkəmli şahmatçı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.

İnterAz-ın məlumatına görə, Vüqar Qasım oğlu Həşimov 1986-cı ildə Bakıda anadan olub.

Gənc şahmat ustası FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında İtaliyada keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Vüqar Həşimov 2014-cü ildə Almaniyanın Heydelberq klinikasında beyin xərçəngindən dünyasını dəyişib.