Bakıda keçiriləcək "Formula-1" yarışına ən çox Rusiyadan bilet alınıb

Bilet alan ölkələr arasında Almaniya, Gürcüstan, Ukrayna, Monako, BƏƏ, Bolqarıstan və İsveçrə də var

  • 83

Bakı, Nazilə Xaqani, İnteraz - 10 Yanvar 2017, 15:54

"Bu ilin yayında Bakıda ikinci dəfə keçiriləcək “Formula-1” yarışına indiyədək satılan biletlərin 62,3 faizi Rusiyanın payına düşür".

İnterAz xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, Rusiyadan sonra ən çox bilet alan ölkə Böyük Britaniya (8,9 %) və Azərbaycandır (8,1%). Bundan başqa, bilet alan ölkələr arasında Almaniya, Gürcüstan, Ukrayna, Monako, BƏƏ, Bolqarıstan və İsveçrə də var. Bir sıra inkişaf etmiş ölkələr isə bu yarışa maraq göstərirlər.

N.Arpadarai, həmçinin qeyd edib ki, hazırda biletlər 30%-dək endirimli qiymətlərlə təklif olunur və hər kəs bu endirimli fürsətdən yararlana bilər.